“Smart Customs” (Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət) layihəsinin tətbiqinə 2021-ci ildən etibarən başlanılmışdır. Belə ki, artıq KARGO.AZ vasitəsilə xaricdən edilən sifarişlər (həmçinin poçt göndərişləri) “Smart Customs” platformasında bəyan edilməlidir. Bu qanun aiddir:
- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxlərə
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti qalan әcnәbilәrə
- Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə
Bu platformalarda edilən bəyanlar vasitəsilə xaricdən gətirilən bağlamaların məbləğindəki aylıq limitə nəzarət edilir. Bu proses Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Nəzərinizə çatdırmaq istərdik ki, aylıq olaraq xaricdən bağlama gətirilməsindəki məbləğ limiti 300 ABŞ dollarıdır. Gətirdiyiniz bağlamaların məbləği 300 ABŞ dollarını keçdiyi zaman isə əlavə rüsum ödəyərək məhsulları gətirə bilərsiniz. Əlavə rüsuma limiti keçdiyiniz məbləğin 36%-i dəyərində ödəniş, 5 AZN bəyannamə ödənişi, 15 AZN anbara giriş haqqı, 48 saatdan sonra bağlamanın anbarda qaldığı hər gün üçün 1 Avro daxildir. Bundan əlavə, əgər eyni məhsulun, eyni rənginin 3 ədədindən artığını ölkədaxilinə gətirməyə çalışsanız, bu Gömrük Komitəsi tərəfindən komersiya məqsədli sifariş kimi qeydə alınmış olur. Və bu zamanda siz müəyyən edilmiş gömrük tariflərinə uyğun rüsumları ödəməli olursunuz.
İndi isə gəlin KARGO.AZ vasitəsi ilə sifariş verdiyiniz bağlamaların xarici anbara daxil olduqdan sonra bəyan edilməsi prosesinə nəzər salaq. “Smart Customs”-da bəyannamələrinizi həm mobil tətbiq, həm də sayt üzərindən doldura bilərsiniz.
SMART CUTOMS TƏTBİQİNDƏ QEYDİYYATDAN NECƏ KEÇİLİR?
KARGO.AZ vasitəsi ilə sifariş verdiyiniz bağlamaların bəyan etmə prosesini mobil telefonda həyata keçirmək istədiyiniz zaman ilk öncə ‘‘Appstore’’ ve ya ‘‘Playstore’’-dan “Smart Customs” tətbiqini yükləyirsiniz. Tətbiqi açdığınız zaman qarşınıza iki seçim çıxır:
- Asan login
- Xarici vətəndaş üçün giriş
Əgər Azərbaycan Respublikasının vətəndaşı deyilsənizsə, “Xarici vətəndaş üçün giriş” hissəsinə daxil olursunuz. Azərbaycan Respublikasının vətəndaşı olduğunuz halda isə “Asan login” hissəsinə daxil olursunuz. Bu zaman sizə hesaba giriş üçün 4 üsul təklif olunur.
- İdentifikasiya nömrəsi ilə
- Asan imza ilə
- Elektron imza ilə
- Elektron imza ilə (BSXM)
Əgər “Asan İmza” və ya “Elektron İmza”-nız mövcuddursa, hesaba daxil olmaq üçün onlardan birini seçə bilərsiniz. Bundan əlavə, adınıza mobil nömrə mövcuddursa “İdentifikasiya nömrəsi ilə” üsulundan da istifadə edə bilərsiniz. Bu zaman ilk öncə qeydiyyatdan keçməlisiniz. Smart Customs Qeydiyyat prosesi (hesab yaratmaq üçün) aşağıdakı addımlardan ibarətdir:
- “İdentifikasiya nömrəsi ilə” seçiminə daxil olursunuz
- Səhifənin aşağı hissəsində yerləşən “Qeydiyyat” yazısına vurusunuz
- “Mobil nömrə ilə qeydiyyat” hissəsinə daxil olursunuz
- Açılan “Şərtlər və Qaydalar” pəncərəsinin aşağı hissəsində olan “Qəbul et” butonuna basırsınız
- Açılan pəncərədə identifikasiya nömrənizi (Şəxsiyyət vəsiqəsinin FİN kodu) və öz adınıza olan mobil nömrəni qeyd edirsiniz
- Şifrənizi yaradırsınız
Beləliklə, qeydiyyat prosesi bitmiş olur. Nəzərinizə çatdırmaq istərdik ki, bu şifrə siz hər dəfə hesabınıza daxil olduğunuz zaman tələb edilir. Ona görə də unutmamağa səy göstərin (Unutduğunuz təqdirdə mobil nömrə vasitəsilə yeniləyə bilərsiniz). Smart Customs
SMART CUSTOMS TƏTBİQİNDƏ BƏYAN ETMƏ
Qeydiyyat prosesini də tamamladıqdan sonra hesab yaratmış olursunuz. Artıq “İdentifikasiya nömrəsi ilə” hissəsinə daxil olduqdan sonra FİN kodunuzu və müəyyən etdiyiniz şifrənizi yazdıqda hesabınıza daxil ola bilirsiniz. İndi isə növbəti mərhələ KARGO.AZ-ın xarici anbarına daxil olan bağlamalarınızı bəyan etməkdir. (Smart Customs) Proses aşağıdakı şəkildə olur:
- “Sadələşdirilmiş Bəyannamə” hissəsinə daxil olursunuz
- Ekranın sağ aşağı hissəsində yerləşən “plus” (+) butonuna vurusunuz
- “İrəli” butonuna basırsınız
- Pəncərənin ilk qutucuğunda KARGO.AZ tərəfindən sizə təqdim edilən izləmə kodunu (tracking ID) daxil edirsiniz
- Qutucuğun yanında olan axtarış işarəsinə vurursunuz (Bu zaman həmin səhifədə olan digər qutucuqlarda yazılmalı olan məlumatlar avtomatik doldurulur)
- Səhifənin sonundakı “İrəli” butonuna vurursunuz
- Açılan pəncərədə (Yeni Bəyannamə pəncərəsi) aşağı sol hissədə yerləşən “Əlavə et” butonuna vurursunuz
- “Mal əlavə et” pəncərəsi açılır. Orada malın daxil olduğu əsas qrup, alt qrup, invoys qiyməti (qaimədə qeyd edilən alış qiyməti), valyuta, miqdar kimi məlumatları qeyd edirsiniz
- “Əlavə et” və daha sonra “Təsdiqlə” butonuna vurursunuz
Beləliklə, bağlamanın bəyan prosesi bitmiş olur. Əgər bir bağlamada fərqli qruplara aid bir neçə məhsul varsa (məsələn, köynək və şalvar eyni bağlamada olarsa), bəyannaməni yekun təsdiq etməzdən öncə pəncərənin sağ üst hissəsində olan “Əlavə et” (+) işarəsinə vurursunuz. Bu zaman yeni “Mal əlavə et” pəncərəsi açılır. Orada ikinci məhsulun məlumatlarını qeyd edə bilərsiniz.
SMART CUSTOMS SAYTINDA QEYDİYYAT VƏ BƏYAN ETMƏ
Qeydiyyat və giriş prosesləri “Smart Customs”-ın saytında da eyni formadadır. Hesabınıza daxil olduqdan sonra “Sadələşdirilmiş bəyannamə” pəncərəsinə vurusunuz. Açılan pəncərədə sağ üst hissədə “Yeni Bəyannamə” butonuna vurduğunuz zaman yeni pəncərə açılır. Bundan sonrakı proses tətbiqdəki ilə eyni formadadır.
Diqqətinizə çatdırmaq istərdik ki, KARGO.AZ-un həm “Qiymət daxil et”, həm də “Mənim üçün al” xidmətlərindən istifadə etdiyiniz zaman bağlamalarınızı “Smart Customs” hesabınızda bəyan etməlisiniz. Əks təqdirdə bağlamalarınızın KARGO.AZ tərəfindən daşınılması mümkün olmur.
“Smart Customs”-dan və KARGO.AZ-dan istifadə edərkən bir nüansa xüsusi diqqət yetirməlisiniz. Belə ki, KARGO.AZ-dan qeydiyyatdan keçərkən qeyd etdiyiniz FİN kodla “Smart Customs”-da qeyd etdiyiniz FİN kod eyni olmalıdır. Əks təqdirdə, bağlamaları bəyan etmək mümkün olmur.
KARGO.AZ olaraq bağlamalarınızı ən qısa müddətdə, ən münasib qiymətə, zəmanət verərək daşımaq üçün səfərbərik. Sizin isə tək etməli olduğunuz alış-veriş etmək və bağlamaları bəyan etməkdir.
Xoş alış-verişlər!