0
×

Qiymət Xidmətlərimiz Mağazalar Əlaqə
Daxil ol
Qeydiyyat

Yeniliklər Bağlamanızı e.customs.gov.az və ya Smart Customs ilə bəyan edin!
Paylaş

Bağlamanızı e.customs.gov.az və ya Smart Customs ilə bəyan edin!

Emin 3

Dəyərli müştərilərimiz, bağlamalarınız xarici anbarda sistemə daxil edildikdə e.customs.az və ya "Smart Customs" tətbiqindən daxil olub bəyannamənizi təsdiqləməlisiniz. “Smart Customs”da bağlamanın bəyan edilməsi ilə bağlı vacib olan məqamlar!

  •  Bağlamanızı bəyan etmək üçün e.customs.az və ya "Smart Customs" tətbiqində öz fin və öz adınıza olan nömrə ilə qeydiyyatdan keçməlisiniz.
  • “Kargo.az” hesabınızda qeyd etdiyiniz FİN kodla “Smart Customs” tətbiqindəki FİN kod eyni olmalıdır.
  •  Bağlamanız xarici anbar statusuna keçdikdən sonra sizə təqdim edilən bağlama izləmə kodu ilə bəyannamənizi e.customs.az və ya "Smart Customs" tətbiqində təsdiq etməlisiniz.
  •  Tracking nömrə, mağaza adı “Kargo.az” hesabınızda qeyd olunan qayda ilə eyni yazmalısınız əks təqdirdə bildiriş yanlış olarsa məhsulunuz Türkiyə gömrüyündə saxlanacaqdır.
  •  Bəyannaməni "Smart Customs" mobil tətbiqdən əlavə etdikdə məhsulun ödənişi və çatdırılma ödənişini cəm olaraq, e.customs.az saytından bəyan etdikdə isə malın invoys qiyməti olaraq məhsulunuzun ödənişini qeyd etməlisiniz. Daşınma xərci avtomatik qeyd edilir.