0
×

Qiymət Xidmətlərimiz Mağazalar Əlaqə
Daxil ol
Qeydiyyat

Suallar

        Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazalarından sifarişləri icra edirik.  Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil. Əlavə olaraq məhsulda yarana biləcək hər  hansı problemə görə Kargo.az heç bir məsuliyyət daşımır.

        Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı bu linkdən əldə edə bilərsiniz:

      Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri (çatdırılma haqqı daxil) 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
      Bağlamanın ümumi dəyəri (çatdırılma haqqı daxil) 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 
      300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.

      Bağlamanın BCT (Bakı Cargo Terminal)-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
      Xahiş edirik, sifariş verərkən diqqətli olun!

      Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır.

      Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Normal şərtlərdə bağlamanız anbarımıza daxil olduqdan sonra 3-5 iş günü ərzində Sizə Bakı ofisində təhvil verilir. Bəzi fors-major (Endirimli günlər, İl sonu endirimləri, Təyyarə reyslərinin təxirə düşməsi, Gömrük yoxlanışları) hallarda bu müddət uzana bilər

       Müştəri özü birbaşa sifarişlərini “Xaricdəki Ünvanım”-ı istifadə edərək icra edirsə öncədən “Bəyannamə” əlavə etmək vacibdir! Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün (“Mənim üçün alxidməti ilə edilən sifarişlərdə Bəyannamə tələb edilmir) müştəri şəxsi hesabına daxil olaraq özü sifarişi haqqında məlumatı öncədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan əvvəl KARGO.az şəxsi hesabında  “Bəyannamə” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara çatdırılmamışdan əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi sifarişdən dərhal sonra həyata keçirilməlidir. Əgər bağlamanın izləmə nömrəsi sifarsiş zamanı görünmürsə bu zaman izləmə nömrəsini bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra “Bağlamalarım” bölməsinə sonradan daxil olaraq həmin bəyanınıza əlavə edə bilərsiniz. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz, bu yanlışdır. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no)  mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir hazırda invoys sənədi (fatura) vacib deyil.

İstisnalar:

       🖸Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda izləmə kodu tələb edilmir.

       🖸Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

       Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:

       🖸  Fiziki çəki 

       🖸  Həcm çəkisi 

        Bağlamaların hesablanmasında ilk öncə hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Hər hansı bir uzunluq gösətiricisi 50 sm və daha çox olarsa bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkiyə əsasən hesablanacaq. Hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.

Hesablanma qaydasını nəzərinizə çatdırırıq.

En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)
1 m3 daxilində 166.66 kg olmalıdır.

🖸  Kargo.az - dan qeydiyyatdan keçin
         Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.

🖸  Sifarişi ünvana göndərin
         Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.

🖸  Bağlamanızı təhvil alın
        Anbarımıza təhvil verilmiş məhsulu 3-5 iş günü ərzində Azərbaycana çatdırırıq.

 

Qram-a-qram hesablanma (daşıma haqqına 50% əlavə qənaət edəcəksiniz)

Ödənişsiz bağlama birləşdirmə xidməti (Türkiyədən eyni gündə göndərilən bağlamaların çatdırılma haqqı cəm şəkildə hesablanır)

“Mənim üçün kontrol et xidməti” (Hər bağlamanın kontrolu üçün əlavə 1 $ tələb edilir)

Qutulu və qutusuz seçim müştəri istəyinə uyğun olaraq.

        🖸  "Mənim üçün al" xidməti.
        🖸  Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
        🖸  Onlayn kuryer xidməti.
        🖸  Minimal çatdırılma tarifi: $0.55-dan başlayan qiymət.
        🖸  Sürətli çatdırılma xidməti (həftəfə 2 dəfə tam vaxtında)
        🖸  Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.

        🖸  Operativ müştəri xidmətləri.

“Mənim üçün al” xidməti vasitəsi ilə sifariş edilən məhsulların ödəməsi online olaraq həyata keçirilir. Bağlamaların daşınma haqqı isə müştərinin istəyinə uyğun həm onlayn və ya ofisdə nağd həyata keçirilə bilər. Qeyd edək ki, Online ödəniş zamanı əməliyyatı həyata keçirən şirkət tərəfindən 2,5% komissiya hesablanır.

        Əgər Siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması icazə verə bilərsiniz. Bunun üçün həmin şəxsdən Sizin şəxsiyyət vəsiqəniz və ya sürəti, əlavə olaraq müştəri nömrəniz(bağlama nömrəsini) tələb olunur.

İzləmə nömrəsi ( "Tracking number") nədir?
        Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
        Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün  UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. 
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

Artıq xaricdən sifariş etdiyinizi məhsulların rahat və heç bir çətinlik olmadan gəlməsini istəyirsinizsə bu zaman “Smart Customs” bəyanı vacibdir. Əks halda bağlamalarınız göndərilməyəcək. Göndərilməyən hər bağlama üçün “Türkiyə anbarında saxlanc haqqı” Tutulacaq.

 

      🖸 İlk öncə, bağlamanızı bəyan etmək üçün “Smart Customs” və ya e.customs.gov.az saytında öz adınıza olan şəxsi nömrənizlə qeydiyyatdan keçməlisiniz.
      🖸  Kargo.az şəxsi profilinizdəki FİN kodla Smart Customs- dakı hesabınızdakı FİN kod eyni olmalıdır və həmin FİN kodla bəyannamə doldurmalısınız.
      🖸  Bağlamanız “xarici anbdardadır” statusu aldığı zaman Sizə email vasitəsi ilə bildiriş gələcək.

      🖸  Tracking İD, Mağaza adı, Məhsul növünü Kargo.az-ın sizin hesabınızda həmçinin Sizə gələn emaildə qeyd etdiyi qaydada yazırsınız. Bütün lazımlı məlumatlar Sizə email halında “xarici anbdardadır” statusu aldığı zaman göndərilir.  Məhsul dəyəri TL olaraq daxil edilməlidir.

Məhsulunuz “xarici anbdardadır” statusu aldıqdan Sizə bildiriş gələn andan etibarən “Smart Customs” bəyanının daxil edilməsi vacibdir! Bildiriş aldıqdan etibarən 24 saat ərzində “Smart Customs” bəyanı daxil edilməzsə hər gün üçün 0.50 USD ( ABŞ dolları) “Türkiyə anbarında saxlanc haqqı” tutulacaq.

Türkiyədən maye məhsulların daşınması mümkündür. Maye məhsullar da adi məhsul tarifi ilə hesablanır və göndəri adi məhsullar kimi həftədə 2 dəfə həyata keçirilir.

TL balansı "Mənim üçün al" xidmətindən istifadə etmək istəyən müştərilərin  saytımıza yerləşdirdikləri linklərdə qeyd olunan məhsulların ödənişinin edilməsi üçündür. Bu növ balans online olaraq artırılır.

USD balansı daşınma haqqı və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Qeyd edək ki, daşınma haqqı həm nağd həmçinin onlayn olaraq artırıla bilər.

Qeyd edək ki, bu balanslar arasında transfer mümkün deyildir. Hər iki balansda olan məbləğ heç bir halda geri qaytarılmır.

Bağlamalar 10 iş günü ərzində Bakı ofisində saxlanılır. Bu müddət ərzində bağlamalar təhvil alınmadıqda hər növbəti gün eyni müştərinin hər bağlamasına üçün fix olaraq gündəlik 0.25 USD (ABŞ dolları) hesablanır. Bu cərimə çatdırılma balansınızda borc olaraq əks olunacaq. Bu məbləğ ödənmədən bağlama(lar) heç bir halda müştəriyə təhvil verilmir.

        Bağlamalar Türkiyə saytlarından sifariş verildiyi andan etibarən 24 saat müddətində bəyan edilməlidir. Əgər bağlamanız Türkiyə anbarına təslim edilib və Sizə bəyan əlavə edilməsi barədə bildiriş gəlibsə bu zaman bəyanın təsdiqlənməsi vacibdir. Sizə bildiriş gəldikdən sonra 24 saat ərzində bəyan əlavə edilməzsə 1 USD (ABŞ dolları) dəyərində “Bəyansız bağlama” üçün cərimə tətbiq ediləcək. Bu cərimə çatdırılma balansınızda borc olaraq əks olunacaq.

        “Onlayn Kuryer/Poçt” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.⁣⁣

       Kuryer sifarişini Kargo.az hesabınıza daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, ünvan, telefon, çatdırılma tarifi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.

        Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.

Daşınması qadağan olan məhsullar:

       🖸  Dezodorantlar.
       🖸  Mobil telefonlar.
       🖸  Müxtəlif növ batareyalar, powerbank-lar.
       🖸  Qida məhsulları.
       🖸  Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
       🖸  Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
       🖸  Partlayıcı, tezalışan, kimyəvi və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
       🖸  Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
       🖸  Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
       🖸  Canlı heyvanlar.
       🖸  Bitki və toxumlar.
       🖸  Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
       🖸  Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
       🖸  Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
       🖸  Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
       🖸  Pul əskinasları, sikkələr.
       🖸  Akkumulyatorlar.
       🖸  Batareyalar.
       🖸  Mühərriklər.
       🖸  Hover Board skuterlər.
       🖸  Maşın yağları və maşın yağının olduğu bütün mallar.
       🖸  Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
       🖸  Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
       🖸  Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
       🖸  Türkiyədən sənət əsərləri, müxtəlif  sənədlər.

Türkiyədən maye məhsulların daşınması mümkündür və maye məhsullar da adi məhsul tarifi ilə hesablanır.

Bu məbləğ Gözləmə statusuna sahibdir və üzvümüz 30 AZN məbləğində cashback topladıqdan sonra, balansında aktivləşəcək. Bonus məbləğini hissəli şəkildə çatdırma ödənişlərində işlədə bilərsiniz.