Poçt göndərişi şəklində göndərilməsi QƏTİ QADAĞAN olan məhsullar
KARGO.AZ çatdırılma şirkəti ilə daşınması Qadağan olan məhsullar…..Bizim dəyərli Müştərilər və aramıza yeni qoşulanlar ,”Qadağan olunan məhsullar” -haqqında tam ətraflı məlumat paylaşmağımızı istədiniz.Biz də hazırladıq. Bildiyimiz kimi, bir çox xarici ölkələrdən, əsasən, Türkiyədən (Trendyol.com) sifariş zamanı bir çox məhsulları əldə etmək mümkündür. Lakin heç də hər zaman hər bir məhsulun alışını həyata keçirmək mümkün olmur. Bir çox alıcı e-ticarət prosesindən məlumatlı olsa da,aramızdakılar bəzi məhsulların alışında qadağan olunması barədə hələ də xəbərsizdi. Kargo.az ilə daşınması qadağan olunan məhsullar
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI”-nın 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarının 1-ci maddəsində qeyd edilən məhsulların Azərbaycan Respublikasına “poçt göndərişi” şəklində göndərilməsi QƏTİ QADAĞANDIR!
Kargo.az ilə daşınması qadağan olunan məhsullar. Poçt göndərişlərində və Gömrük tərəfindən qadağa olunan məhsulların siyahısını təqdim edirik:
• Dini və Siyasi kitablar, Canlı heyvanlar, bitki və toxumlar• Qida məhsulları. Toz halında məhsullar. Spirtli içkilərin bütün növləri və tütün məhsulları• Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar • Partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr ( parfumeriya, sprey, quru şampun, boyalar və s.)• Tibbi məhsullar• Maqnitlər. Gizli kamera• Akkumlyatorlar. Amortizatorlar• Hover Board skuteri• Kamerası və səsyazması olan saatlar • Radioaktiv maddələr • Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar• Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat• Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar• Partlayıcı, tezalışan və digər təhlükəli maddələr( parfumeriya, sprey, quru şampun, boyalar və s.)• Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika• Xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat•
Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr• Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar• Telefonlar,tərkibində batareya olan avadanlıqlar, powerbanklar• Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )• Maşın yağları və maşın yağının olduğu bütün mallar.• Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ sənədləri və arxivləri• Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə kimyəvi zəhərlər .
Qadağan olunmuş əşyanın taleyi necə olur?
Qara siyahıda olan əşyanın dərhal gömrük ərazisindən kənara çıxarılması lazımdır (daha sadə dillə desək, o, satın aldığınız ölkəyə geri qaytarılmalıdır). Bu zaman bütün xərclər yalnız onun sahibinin üzərinə düşür. Onu dərhal qaytara bilmirsinizsə, həmin əşya gömrükdə qalır. Müəyyən bir müddətin sonunda (Gömrük Komitəsinin dediyinə görə 40 gün) gömrük orqanının həmin əşyanı məhv etmək hüququ yaranır.Kargo.az ilə daşınması qadağan olunan məhsullar
Sonadək oxuduğunuz üçün təşəkkür edirik.