0
×

Qiymət Xidmətlərimiz Mağazalar Əlaqə
Daxil ol
Qeydiyyat

Müştərinin vəzifələri

        🖸  Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.

        🖸  Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.

        🖸  Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.kargo .az şəxsi hesabında izləmək öhdəliyini götürür.

        🖸  Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.kargo .az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.

        🖸  Müstəri sifariş verdiyi məhsul haqqında www.kargo.az saytında Bəyannaməni mütləq şəkildə yazmalıdır.Məhsul Türkiyə anbarına çatdıqdan sonra müştəri Smart Custom mobil tətbiqində və yaxud saytında mütləq şəkildə BƏYANNAMƏ əlavə etməlidir.Bəyannaməsi olmayan məhsul heç bir şəkildə göndərilməyəcək.Müştəriyə bağlamanın Türkiyə anbarına çatdığı haqqında bildiriş gəldikdən sonra 24 saat ərzində Smart Custom bəyannaməsi yazmadığı halda 1$ cərimə hesablanır.