İstifadəçi şərtləri
1.“Kargo Express” MMC şirkəti Türkiyədə yerləşən anbarından kargo.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxslərin mal və ya bağlamalarının daşımasını həyata keçirir.
2.Müştərinin saytda qeydiyyatdan keçməsi pulsuz və könüllüdür.Qeydiyyat kargo.az saytı vasitəsilə həyata keçirilir.Müştəri qeydiyyatdan keçərkən istifadə şərtlərini qəbul etmiş sayılır.
3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.
4. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır.
5. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
6. Müştəri anlayır və qəbul edirki, İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi hüququ vardır.
7. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.
8. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.
Bağlamanın hər hansı bir tərəfinin ölçüsü 50 sm və daha çox olarsa, bağlamanın həm həcm, həm də fiziki çəkisi hesablanır. Hansı çəki daha yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır.