Türkiyədən ayaqqabı sifarişi

Türkiyədən Azərbaycana bir çox məhsul sifariş edildiyi kimi ayaqqabı sifarişi də edilir. Bunun səbəbi isə məhsulların bizim ölkə ilə müqayisədə həm ucuz olur və həm də keyfiyyətli olmasıdır. Buna görə də ayaqqabı da ən çox sifariş edilən məhsullardan biridir. Həm xanımlar, həm bəylər, həm də uşaqlar üçün istənilən vaxt və müxtəlif tərzdə ayaqqabıları Türkiyədən rahatlıqla sifariş edə bilərsiniz.

Həm ucuz, həm də keyfiyyətli məhsul?

Türkiyədən ayaqqabı sifarişi

Türkiyədən həm ucuz, həm keyfiyyətli, həm də dəbə uyğun ayaqqabı sifariş etmək istəyirsinizsə, doğru ünvandasınız. Bu artıq çox asandır. Bunun üçün Türkiyənin məşhur onlayn alış-veriş saytlarından qeydiyyatdan keçərək, siz bəyəndiyiniz ayaqqabıları seçib, sifariş edə bilərsiniz. Minlərlə mağazanı özündə cəmləşdirən “Trendyol” Türkiyənin ən məşhur onlayn satış platformasıdır. Burada siz “Adidas”, “Puma”, “Nike”, “New balance”, “Zara” və s. kimi xarici brendlərin, həmçinin “Kiğılı”, “Derimod”, “Hotiç” və başqa bir çox yerli brendlərin ayaqqabılarını karqo vasitəsilə əldə edə bilərsiniz. Arzu etdiyiniz ayaqqabını həm mağazaların rəsmi hesablarından, həm də əməkdaşı olduqları “Trendyol” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Necə seçim etməli?

Qiymət və keyfiyyət kriteriyasına görə ayaqqabı seçərkən bütün məhsullar 4 əsas növə bölünür:

  1. Aşağı- Bu ayaqqabı növünə kütləvi istehsal olunan məsələn, idman ayaqqabısı və ya balet ayaqqabılar kimi daha çox aşağı büdcəli ayaqqabılar daxildir.
  2. Orta- Daha çox orta gəlirli insanlar üçün nəzərdə tutulmuş bu ayaqqabılar gündəlik geyim tərzinə uyğundur.
  3. Yüksək- Bura məşhur markaların ayaqqabı seçimləri daxildir.
  4. Ekskluziv- Bu növə isə məşhur dizaynerlərin yaratdığı ayaqqabılar daxildir. Bunlar premium ayaqqabılar sayılır və dünyada sadəcə bir neçə ədəd satılır.

İlk 2 kateqoriyadan olan ayaqqabılar ucuz ayaqqabı sifarişi üçün ən yaxşı seçimdir. Yüksək keyfiyyətə malik olmayan, lakin praktik olaraq kütləvi istehsal edilən ayaqqabılardır. Son iki kateqoriya isə fərqli markaların yüksək keyfiyyətli və daha çox təbii materiallardan olan məhdud istehsal olunan ayaqqabılarıdır.

Siz sifariş edin, Kargo.az çatdırsın!

Bəyəndiyiniz ayaqqabını seçin, Kargo.az sizin üçün gətirsin. Bunun üçün Kargo.az-dan qeydiyyatdan keçmək və məhsulu satın almaq kifayət edir. Ən sərfəli qiymətlərlə sifarişlərinizi əldə edə bilərsiniz. Siz də Kargo.az karqo xidmətlərindən yararlanın və dörd fəsil gözəl, dəbdəbəli ayaqqabılarınızla göz qamaşdırın!